Tokioda 5.6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Mərkəzi Meteoroloji Administrasiyasından məlumat verilib.
Məlumata görə, 5,6 bal gücündə zəlzələ cümə axşamı Tokioda və onun şimal-şərqinə bitişik olan prefekturalarda baş verib. Qeyd olunur ki, Yaponiyanın paytaxtında evlərdəki mebellər yeraltı təkanlar zamanı güclü şəkildə titrəyib.
Mərkəzi Meteoroloji Administrasiyasının məlumatına əsasən, zəlzələnin episentri İbaraki prefekturasının sahilində dənizdə, təkanların ocağı isə təxminən 40 kilometr dərinlikdə olub. Tsunami təhlükəsi elan olunmayıb, dağıntı və tələfat qeydə alınmayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB