Türkiyədə qəzaya uğrayan təyyarənin pilotlarına qarşı cinayət işi açılıb. SİA xəbər verir ki, hər iki pilot iki və daha çox insanın ölümü və xəsarət alması səbəbi ilə ittiham olunacaqlar.
Pilotların xəstəxanada müalicə müddəti yekunlaşdıqdan sonra müvafiq polis bölməsində dindiriləcəklər. Bir türki və digəri cənubi koreyalı pilot olmaqla ikisi də yoxlanışdan keçəcəklər. Onların içkili və ya narkotik təsiri altında olub-olmadıqları müəyyən ediləcək.
Həmçinin prokurorluq hər iki pilotun mobil telefonlarının məhkəmə qərarı ilə müsadirə edilməsini də tələb edib.
Qeyd edək ki, sözü gedən qəzada 3 nəfər həyatını itirib, 179 nəfər yaralanıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB