İsrail Qəzzaya hava zərbələri endirib

İsrail Qəzzaya hava zərbələri endirib

İsrail eyni gündə Suriya ilə yanaşı Qəzzaya da hava zərbələri endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail təyyarələri bu gün səhər Qəzzanın cənub və şimalına hava zərbələri endirib. Hava zərbələri Qəzzada Rəfah rayonunun şərqində əkin sahəsinə və Qəzzanın şimalında bir obyektə endirilib. Bu hava zərbələri yalnız maddi xəsarətlər törədib. İsrail bu hava zərbələrinin Qəzzadan atılan raketlərə görə həya keçirildiyini bildirib.

Qeyd edək ki, İsrail təyyarələri bu gecə saat 01 radələrində Suriyada bir neçə bölgəni də hədəfə almağa çalışıb. Havadan müdafiə raketlərin çoxunu vurub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə