İtaliyada yüksək sürətli qatar relslərdən çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazır.
Qəzetin yazdığına görə, cümə axşamı İtaliyada Milan ilə Bolonya arasında olan bir ərazidə yüksək sürətli qatar relsdən çıxıb və nəticədə bir nəfər ölüb, 30 nəfər yaralanıb.
“Bu səhər Lodi yaxınlığında 5.35 radələrində yola düşən, "Qırmızı ox" sürət qatarı relsdən çıxıb. Bu məqamda xilasedicilər bir ölü, maşinistin cəsədinin tapıldığı və birinin itkin düşdüyü barədə məlumat verirlər. Mülki Müdafiə 30 nəfərin yaralandığını bildirir”, deyə məlumatda bildirilir.
Yaralılardan 28-i yüngül xəsarət alıb, daha ikisi isə orta ağırlıq dərəcəsindədir. Qəzadan sonra səbəbləri hələ də müəyyənləşdirilən Milan-Boloniya ekspress yolu boyunca nəqliyyat dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB