Trampa ittiham aktı üzrə bəraət verilib

Trampa ittiham aktı üzrə bəraət verilib

ABŞ Senatı impiçment proseduru çərçivəsində prezident Donald Trampı hər iki ittiham aktı üzrə bəraət verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iclas qanunverici orqanın yuxarı palatasının saytında canlı yayımlanıb.

Səsvermə iki ittiham üzrə aparılıb: Konqresin işinə mane olmaq və hakimiyyətdən sui-istifadə. İttiham aktının birinci maddəsinin əleyhinə 52, lehinə 48 senator səs verib. İkinci maddənin əleyhinə 53, lehinə 47 senator səs verib. Keçmiş ABŞ prezidentliyə namizəd olan senator Mitt Romney (Yuta ştatından) ittihamı dəstəkləyən yeganə respublikaçı olub. Senatda Respublikaçılar əksəriyyət təşkil edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə