Yaponiya Nazirlər Kabineti “Super şəhər” barədə qanun layihəsini təsdiq edib
Yaponiya Nazirlər Kabineti müasir şəhər texnologiyalarının sınaqlarının aparılması məqsədilə "Super şəhər" barədə qanun layihəsini təsdiq edib.
SİA xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət bu qanun layihəsinin yaxın aylarda qəbuluna nail olmaq niyyətindədir. Bildirilir ki, belə "Super şəhər"in yaradılması "dördüncü sənaye inqilabı" adlandırılan innovasiyaların inkişafı üçün açar rolunu oynayacaq. Həmin strategiyanın kökündə isə süni intellekt texnologiyaları dayanır.
Yeni qanun layihəsinə əsasən, yerli hakimiyyət orqanları yeni texnologiyaların sınaqlarını məhdudlaşdırmaq istədikdə, mərkəzi hökumət təklif edilən dəyişiklikləri öyrənməli və onun nəticələrini ictimailəşdirməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB