Etirazçılar parlamentin qarşısına toplaşıblar

Etirazçılar parlamentin qarşısına toplaşıblar

Tbilisidəki etirazçılar millət vəkillərinin parlamenti tərk etməsinə mane olurlar. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Tbilisidə parlamentinin yaxınlığında mitinq keçirən müxalifətçilər binanın çıxışını əngəlləyirlər və deputatların oradan çıxmasına maneçilik törədirlər.

Qeyd olunur ki, bir çox onlarla etirazçı iclasın keçirildiyi parlamentin qapılarında dayanır.

Etirazçılar "Rüsvayçılıq!", "Qullar!" deyə qışqırır və fit səsləri çıxarırlar. Bununla da etirazçılar seçki sistemində dəyişiklik tələb edərək etiraz edirlər.

Xatırladırıq ki, 2019-cu ilin dekabrında parlament proporsional seçki sisteminə keçmək üçün konstitusiya dəyişikliklərini qəbul edə bilmədikdən sonra Gürcüstanda yürüşlər başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə