Bəşər Əsəd qüvvələri, İranın dəstəklədiyi xarici terror qruplaşmaları və Rusiyanın dəstəyi ilə İdlib Gərginliyin Azaldılması bölgəsində 7 yaşayış məntəqəsi ələ keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İdlib Gərginliyin Azaldılması bölgəsində rejim əleyhinə silahlı qruplar arasında intensiv toqquşmalar davam edir.
Rejim qüvvələri gecə saatlarında Serakibin şərq kəndindəki Şeyx İdris, Reyyan, və s. bu kimi kəndləri ələ keçiriblər. Beləliklə, cənubdan irəliləyən rejim qüvvələri İdlib şəhər mərkəzinə qədər çatıb.
Bildirək ki, hazırda rejim qüvvələri şəhər mərkəzinin cənub-şərqindəki Kumeynas və Sermin şəhərlərini ələ keçirmək üçün havadan və qurudan hücumları həyata keçirməkdə davam edirlər.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB