"İki ölkə liderinin görüşməsi münasibətlərdə mühüm rol oynayır" - AÇIQLAMA
"Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri Davosda keçirdikləri görüş zamanı iki əsas məsələni müzakirə ediblər". SİA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.
O bildirib ki, bunlar Dağlıq Qarabağ və Kəşmir məsələsidir. Prezident İlham Əliyev Baş nazirə Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Eyni zamanda Kəşmirlə bağlı müzakirələr aparılıb və Bakının bu məsələdəki dəstəyinə görə təşəkkürünü bildirib.
Səfir deyib ki, iki ölkənin liderləri müxtəlif platformalarda görüşməsi Azərbaycan və Pakistan münasibətlərində mühüm rol oynayır.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB