Xəlifə Haftarın hücumlarında 2 uşaq və 3 mülki şəxs həyatını itirib

Xəlifə Haftarın hücumlarında 2 uşaq və 3 mülki şəxs həyatını itirib

Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftar qüvvələri paytaxtının cənubundakı iki fərqli məhəlləyə hücum təşkil edib. SİA xarici mətbuta istinadən xəbər verir ki, təşkil edilmiş hücumlarda 2-si uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 4 nəfər yaralanıb.

Milli Barışıq Hökuməti(UMH) qüvvələri tərəfindən aparılan Burkan Əl-Gadab (Rage Volcano) Əməliyyatından verilən açıqlamaya görə, Xəlifə Haftar qüvvələri paytaxın cənubundakı məhəllələri hücuma alıb. Açıqlamada bildirilib ki, Xəlifə Haftar tərəfindən hazırlanan hücumlar nəticəsində eyni ailənin 2 övladı həyatını itirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə