Rusiya dəvət etdi: Ərdoğan "yox" demədi!

Rusiya dəvət etdi: Ərdoğan

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Krıma dəvət edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəvət təklifini rədd etməyib.

Lavrov Türkiyə Prezidentinin Ukraynaya səfəri zamanı Krım tatar xalqı ilə bağlı səsləndirdiyi fikirləri dəyərləndirib. O deyib ki, Türkiyə Prezidentinin Putinlə olan mütəmadi görüşlərində də Krım tatarları ilə bağlı görüşləri dəyişməzdir. Lavrov vurğulayıb ki, Ərdoğan Krımda gedən prosesləri xaricdən deyil, daha yaxından görməlidir.

Lavrov Türkiyə Prezidentini Krıma dəvət etdiklərini və rədd cavabı almadıqlarını bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə