Almaniyanın Federal cinayət polisinin əməkdaşları Dortmund şəhərindəki SIGNAL IDUNA PARK stadionunda terror aktının qarşısını almağa müvəffəq olublar. SİA-nın Bild agentliyinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları dünən gecə stadionun yaxınlığındakı binanın xüsusi hazırlanmış saxlanc yerindən silah və partlayıcı maddə aşkarlayıblar.
Polisin məlumatına görə, terroru hazırlayan şəxs tək olub və heç bir terror qruplaşmasının üzvü olmayıb. Şübhəli şəxs artıq həbs olunub. Onun 25 yaşı var və AFR vətəndaşıdır. Amma polis həbs olunan şəxsin kimliyini hələlik açıqlamır. İlkin sorğu-sualdan polisə bəlli olub ki, o islam yönümlüdür. Əldə olunmuş ilkin məlumat belədir ki, tutulan şəxs Bundesliqa çempionatı çərçivəsində aprelin 2-də keçiriləcək "Borussiya Dortmund" – "Hannover 96" qarşılaşması zamanı azarkeşlərə silahlı basqın etməyi düşünürmüş. Şübhəli şəxsin evində aparılan axtarış zamanı asayiş keşikçiləri çoxlu sayda kimyəvi reaktivlər, o cümlədən üç partlayıcı maddə aşkara çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB