Türkiyədə qar uçqunu 5-ölü, 7 yaralı

Türkiyədə qar uçqunu  5-ölü, 7 yaralı

Türkiyənin Van-Bağçasaray magistral yolunda mikroavtobusla qar uçqununa düşənlərin 7-si xilas edilib. SİA NTV-yə istinadən xəbər verir ki, xilas edilmiş şəxslərə ilkin tibbi yardım göstərilib.

Türkiyə mətbuatında verilən məlumata əsasən qar uçqununa düşən mikroavtobusun sərnişinlərinin xilas edilməsi əməliyyatı zamanı daha 5 nəfərin meyiti tapılıb. Məlumatda bildirilib ki, daha iki nəfərin qar uçqunu altına qala bilər.

Axtarış və xilasetmə işləri hələ də davam etdirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə