BMT Baş katibi: Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunmur
BMT Baş katibi Antoniu Quterreş Liviya, Yəmən və Suriyada eskalasiya vəziyyətinin bərpa olunduğunu elan edib.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında deyib.
"Liviyadan, Yəməndən Suriyaya qədər və daha da ətrafa – eskalasiya vəziyyəti qayıdır. Silahlar işə düşür. Hücumlar artır", - deyə Quterreş narahatlıqla bildirib.
O qeyd edib ki, "bütün vəziyyətlərin fərqli olmasına baxmayaraq, artan qeyri-sabitlik və gərginlik hiss olunur" ki, bu da vəziyyəti daha xoşagəlməz və idarəolunmaz hala gətirir, bununla da kritik səhv riski artır: "Artıq Təhlükəsizlik Şurasının qətnamələrinə riayət olunması onun mürəkkəbi quruyanadək davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB