Gürcüstanda rusiyalı turistlər qar uçqunu altında qalıblar.
SİA xəbər verir ki, hadisə Gürcüstanın Rusiya ilə sərhədində yerləşən Stepantsminda şəhəri yaxınlığında Qudauri-Kobi magistralında baş verib.
Rusiyalı turistlər Qudauri dağ-kurort bölgəsindən qayıdarkən qar uçqunu baş verib. Avtomobil qalın qar uçqunu altında qalıb. Bir nəfər hadisə yerindəcə dünyasını dəyişib. Xilasedicilər bir qadını avtomobildən çıxara biliblər. Sürücünün xilas edilməsi istiqamətində tədbirlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB