Türkiyədə mikroavtobus qar uçqunu altında qalıb: 4 nəfər ölüb

Türkiyədə mikroavtobus qar uçqunu altında qalıb: 4 nəfər ölüb

Türkiyənin Van-Bahçesaray magistralında baş verən qar ucunu nəqliyyatın hərəkətini dayandırıb. Bir mikroavtobus və traktor uçqun altında qalıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər xidmətlər xilasedici dərhal fəaliyyətə başlayıblar. Yağan güclü qar və kəskin duman vəziyyəti çox ağırlaşıdırıb.

Mikroavtobusda olan azı dörd sərnişin ölüb, daha beş nəfər isə yaralanıb.

Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.

Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edir. Xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə