Avropa İttifaqı da Trampın planına qarşı çıxdı!

Avropa İttifaqı da Trampın planına qarşı çıxdı!

İsrail-Fələstin münaqişəsinin həlli üçün ABŞ-ın təqdim etdiyi “Əsrin sövdələşməsini” planı Avropa İttifaqı (Aİ) tərəfindən də qəbul olunmayıb. Belə ki, İrana səfərindən sonra bu bəyanatla Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borelli çıxış edib.

Onun yaydığı yazılı bəyanatda bildirilir ki, Avropa İttifaqı İordan çayının Qərb sahilinin İsrailin tərkibində qalmasını qəbul etmir. Qurum 1967-ci ildən sonra İsrailin zəbt etdiyi ərazilər üzərindəki suverenliyini tanımır.

Bununla yanaşı, C.Borelli bildirib ki, Aİ ABŞ-la NATO çərçivəsində əməkdaşlığını davam etdirəcək və İsrail-Fələstin münaqişəsinin həlli üçün səylərini artıracaq. Bu istiqamətdə irəli sürülən sülh təşəbbüsləri Aİ tərəfindən dəstəklənəcək. Hələlik ABŞ sensasiya xarakteri daşıyan bu bəyanata cavab verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə