Çinin Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib

Bu gün Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində ölkədəki epidemiyanın vəziyyəti, mövcud durum barədə mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Li Cinsonq mətbuat konfransında iştirak etdiklərinə görə jurnalistlərə təşəkkür edib.

Li Cinsonq bildirib ki, məlum olduğu kimi Çində yeni növ koronavirus infeksiyası səbəbiylə sətəlcəm epidemiyası yayılıb. Bu da beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Epidemiya ilə mübarizə üçün Çin hökuməti və Çin xalqı tərəfindən görülən müsbət tədbirlər, həmçinin Çin və beynəlxalq ictimaiyyət, xüsusilə Çin və Azərbaycan arasında epidemiya ilə mübarizə sahəsində müvafiq əməkdaşlıq hər kəsin epidemiyanın rasional, elmi və obyektiv müəyyənləşdirilməsinə kömək edir və lazımsız qorxudan çəkindirir.

Müvəqqəti işlər vəkili qeyd edib ki, yeni növ koronavirus pnevmoniya infeksiyası artıq bir aydan çoxdur ki davam edir və yayılması Çinin ən vacib ənənəvi festivalı olan Bahar Festivalı ilə üst-üstə düşür. Bahar Festivalı zamanı insanlarda hərəkətlilik böyük, bir yerə toplanma dərəcəsinin yüksək və xəstəliyin yayılma tezliyinin yüksək olması, epidemiya ilə mübarizə işinə çox təzyiq göstərmişdir. Hal-hazırda Çində 10000-dən çox təsdiqlənmiş yoluxma hadisəsi mövcuddur və bəzi ölkələr hazırda epidemiyaya nəzarətinin kritik dövründə olan infeksiya və şübhəli halları bir birinin ardınca özlərində müəyyən etmişdir. Çin, qısa müddət ərzində təsirli virus aşkarlayan reaktivlər hazırlamışdır ki, bu da yoluxmuş insanı tez bir zamanda müəyyənləşdirə bilir. Bu da son təsdiqlənmiş halların sürətlə artmasının əsas səbəbidir. Çin insanlarin epidemiya haqqında bilmək hüququnu təmin etmək məsqədilə bütün səviyyələrdə intensiv mətbuat konfransları keçirir, İnternetdə məlumatlar yayımlayır, Epidemiya məlumatlarının və digər metodların real vaxt rejimində yeniləyərək epidemiyanın gedişatını dünyaya vaxtında çatdırır. Bu, eyni zamanda dünyada böyük bir güc olaraq Çinin məsuliyyətini nümayış etdirir. Hal-hazırda müalicə olunan halların sayı artır, peyvənd və xüsusi dərmanların tədqiqi və inkişafı sürətlənir. Epidemik vəziyyətin ümumiyyətlə qarşısını almaq, nəzarət etmək və müalicə etmək mümkündür. Çindəki sosialist sistemin üstünlüyü bütün səylərini əsas məsələlər üzərində cəmləşdirməyə imkan verir. Çin hökuməti və xalqı öz qəlblərini və fikirlərini birləşdirir. Bizim ən qısa müddətdə epidemiyanın qarşısının alınması və ona qarşı mübarizədə qalib gəlmək üçün inamımız, bacarığımız və kifayət qədər mənbələrimiz var.

Konfran jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə