"Çin epidemiyaya qarşı ən sürətli qabaqlayıcı tədbirlər görür" - AÇIQLAMA
"Hazırda Çinin epidemiyaya qarşı gördüyü tədbirlər dünya ölkələri arasında ən sürətli qabaqlayıcı tədbirdir". SİA-nın məlumatına görə, bu sözləri Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili Li Cin Sung deyib.
O, bildirib ki, bununla yanaşı Çin xarici ölkələrlə sıx əməkdaşlıq edir. "Bir neçə gün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Uhanda olublar. Onlar Çin dövlətinin epidemiyanın qarşısını almaq üçün gördüyü tədbirləri yüksək qiymətləndirib" deyən diplomat əlavə edib ki, ÜST dünyanın hər yerindən olan insanların Çinə səfər etməsinə qadağa qoyulmasına qarşı çıxıb.
"Çin hökuməti xarici ölkələrlə epidemiyaya qarşı mübarizə məsələsində əməkdaşlığa hazırdır. Çin ÜST-ə, Honkonqa, Tayvana və sair ölkələrə dərhal epidemiya haqda məlumat verib. Yanvarın 28-də Çin rəhnəri ÜST rəhbəri ilə görüşüb və elliklə epidemiyaya qarşı mübarizə aparılmalı olduğunu bildirib", deyən səfir epidemiyaya qarşı mübarizə məsələsində Çinin güclü dövlət və hökuməti olduğunu bildirib.
"Fevralın 1-də Azərbaycan prezidenti İlham Əliyev Çin rəhbərinə başsağlığı məktubu ünvanlayıb və Çində aparılan sürətli tədbirləri alqışlayıb. Siz Azərbaycan prezidentinin məktubunu şəxsi internet səhifəsində də görə bilərsiniz", deyən müvəqqəti işlər vəkili Azərbaycan ictimaiyyətini də epidemiya ilə bağlı təşvişə düşməməyə çağırıb.
Onun fikrincə, epidemiyanı aradan qaldırmaq daha asandır, nəinki təşvişin yaratdığı zədələri: "Biz tez-tez görürük ki, Azərbaycanda şübhələnilən insanların temperaturu ölçülür, müayinə olunur. Biz bu məsələdə Azərbaycan tərəfi ilə həmfikirik".
Diplomat Azərbaycanın Çinə epidemiya ilə mübarizə sahəsində hər cür yardım göstərdiyini bildirib: "Bildiyim qədər, Çində çoxlu tələbə təhsil alır. O, cümlədən Uhan şəhərində oxuyan 6 tələbə Türkiyənin hərbi nəqliyyat təyyarəsi ilə vətənlərinə gətirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB