Belarus yaxın gələcəkdə ABŞ-a səfirini göndərəcək, bu protokol prosedurlarından asılı olaraq bir neçə ay ərzində baş tuta bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib. "Biz öz tərəfimizdən yaxın günlərdə, bir neçə ay ərzində nümayəndəmizi göndərə bilərik, çünki bəzi protokol, texniki prosedurları yerinə yetirmək tələb olunur"-deyə, nazir deyib.
Xatırladaq ki, ABŞ və Belarus 2008-ci ildə səfirləri qarşılıqlı olaraq geri çağırıblar. Hazırda hər iki ölkədəki səfirliklərə müvəqqəti müvəkkillər rəhbərlik edir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB