Keniyanın qərbində məktəbin dəhlizində baş verən sıxlıq zamanı 14 ibtidai sinif şagirdi ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə zamanı azı 39 uşaq yaralanıb. Shadisə Kakamega şəhərində baş verib.
Axşam saat beş radələrində məktəbdəki dərslər başa çatıb və uşaqlar çıxışa qaçmağa başlayıblar. Dəhlizdə sıxlıq yaranıb, şagirlərin bəziləri ayaq altında qalıb.
Hətta bir şagirdin binanın üçüncü mərtəbəsindən yıxıldığı da xəbər verilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB