Ukraynada mədənçilər aclıq aksiyası keçirir

Ukraynada mədənçilər aclıq aksiyası keçirir

Ukraynada mədənçilər əmək haqqı borcları səbəbindən aclıq aksiyası elan ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Mədənçilər Müstəqil Həmkarlar İttifaqının rəhbəri Mixail Volınes məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın Luqansk vilayətinin Kiyevin nəzarətində olan ərazisindəki "Pervomaiskuqol" kömür istehsal edən dövlət müəssisəsinin mədənçiləri, həyat yoldaşları ilə birlikdə əmək haqqı borcları səbəbindən aclıq aksiyası barədə bəyan ediblər.

Həmkarlar İttifaqının rəhbəri bir müddət əvvəl Donetsk bölgəsindəki Kapitalnaya mədənində oxşar səbəblə üzləşməkdən imtina edən 33 mədənçi haqqında da məlumat vermişdi.

"Mədənçilərin ailələri borcun tam ödənilməsini tələb edirlər" deyə Volınes öz Facebook səhifəsində də yazıb.
Onun sözlərinə görə, dövlət müəssisəsinin öz işçilərinə olan borcu 130,47 milyon qrivna, yaxud təxminən 5,26 milyon dollardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə