Çində artıq 632 nəfər müalicə olunaraq evə buraxılıb -AÇIQLAMA

Çində artıq 632 nəfər müalicə olunaraq evə buraxılıb -AÇIQLAMA

Çində virusa yoluxanlar 20438, ağır yoluxanlar 2788, şübhəli hallar 23214 nəfərdir. 425 nəfər həlak olub. Artıq 632 nəfər müalicə olunaraq evə buraxılıb". SİA-nın məlumatına görə, bu sözləri Çinin ölkəmizdəki müvəqqəti işlər vəkili Li Cin Sung deyib.

Onun sözlərinə görə, virusun yayılması ölkədə təşkil olunan Bahar festivalı ilə üst-üstə düşüb. "Bu festivalın isə əhəmiyyəti çox böyükdür" deyən cənab Sung əlavə edib ki, buna baxmayaraq proseslər müsbətə doğru gedir. Artıq epidemiyanın qarşısını almaq mümkündür. Diplomat bildirib ki, hazırda Uhan və digər bölgələrdə çoxtərəfli nəzarət sistemi yaradılıb.

"Bu günlərdə Bakı Dövlət Universitetinin bir tələbəsi xəstəxanada olub. O, Çində oxuyurdu, amma Uhandan çox uzaqda yerləşən şəhərdə qalırdı. Ona görə də virusa yoluxma halı qeydə alınmayıb" deyən diplomat onu da bildirib ki, Çində Uhan şəhərini məlum epidemiyadan xilas etmək üçün dövlət ciddi səfərbər olunub. Hətta 23 yanvardan şəhərə uçuşlar dayandırılıb, bir neçə gün sonra isə uçuşlar qadağan olunub. Artıq bu şəhərə 6 min taksi xüsusi formada xidmət edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə