Tayland, Sinqapurda və cənubi Koreyada koronavirusa yoluxanlar aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər veir ki,ölkə mətbuatında yer alan məlumatlara görə, Tayland Səhiyyə Nazirliyi koronavirusun 4taylandlıda və 2 çinlidə aşkarlandığını açıqlayıb. Ölkədə bu virusa yoluxanların ümumi sayının 19-dan 25-ə yüksəldiyini əlavə edib.
Eyni zamanda, Sinqapur Səhiyyə Nazirliyi də 6 nəfərdə koronavirusun aşkarlandığını və bu virusa yoluxanların sayının 24-ə yüksəldiyini açıqlayıb.
Cənubi Koreya Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (KCDC) verilən məlumata görə, Taylanda səfər etdikdən sonra ölkəsinə qayıdan 42 yaşlı Cənubi Koreya vətəndaşında da koronavirus aşkarlanıb.
Beləliklə, Cənubi Koreyada koronavirus yoluxanların sayı 16-ya qədər artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB