Qəza nəticəsində 7 nəfər ölüb

Qəza nəticəsində 7 nəfər ölüb

Hindistanda bir avtobus uçurumdan dərəyə yuvarlanıb və qəza nəticəsində 7 nəfər ölüb. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Hindistana məxsus “İndia tudey” jurnalı məlumat yayıb.

Məlumata görə, faciə Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində baş verib.

Nəşrin məlumatında bildirilir ki, avtobus sürücüsü idarəetməni itirib və buna görə də nəqliyyat vasitəsi yoldan çıxaraq yuvarlanıb və dərəyə düşüb.

Qurbanların sayı dəqiqləşdirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə