Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri zamanı Kiyevdə ölkə prezidenti Vladimir Zelenskiy tərəfindən rəsmi mərasimlə qarşılanıb. Ərdoğanın mərasimdəkiləri “Slava Ukrayna!” (Ukraynaya eşq olsun) sözləri ilə salamlaması Rusiya mətbuatında böyük əks-səda yaradıb.
SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğanın "Slava Ukrayna!" deməsi və eyni zamanda Suriyada baş verən gərginliklərdən sonra Ukraynaya səfər edərək Krım tatarlarının vəziyyəti ilə bağlı danışması Rusiya üçün bir mesajdır.
Xatırladaq ki, Ərdoğanın verdiyi salam keçmiş Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən 2018-ci ildə rəsmiləşdirilib, həmçinin anti-Rusiya təbliğatında da istifadə olunur.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB