İran Məhkəməsinin Mətbuat katibi Qulamhüseyn İsmaili paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) casusluq etməkdə ittiham olunan şəxs barədə edam hökmü çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İranın nüvə proqramı haqqında ABŞ-a məlumat göndərən MKİ casusu saxlanılıb və Ali Cinayət Məhkəməsi ona ölüm hökmü oxuyub. Hökmün yaxın vaxtlarda icra ediləcəyi bildirilib.
Qeyd edək ki, ABŞ üçün casusluq etməsi ittihamı ilə 2 insanın həbsdə olmasını deyən Q.İsmaili daha iki insanın ABŞ-da casusluqda günahkar bilinərək 15 il həbs cəzasına məhkum edildiyini bildirilib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB