Liviyada müharibənin beynəlxalq status almasında Fransanın rolu danılmazdır. Məhz bu ölkənin Liviyadakı üsyançılara dəstək verməsindən başlayan müharibə indi liviyalılar üçün arzuolunmaz məcraya yönəlməkdədir.
SİA-nın analitiklərin fikirlərinə istinadən gəldiyi qənaət budur ki, Fransa yavaş-yavaş Avropanın jandarması statusunu qazanmaqdadır. Liviyadan sonra Fransanın ötən əsrdən qalma koloniyası olan Fil Dişi Sahilinə hərbi qüvvələr göndərməsi dediklərimizə əyani sübutdur.
Reutersin verdiyi məlumata görə, min nəfərlik fransız ordusu ölkənin iri şəhəri Abidcanda yerləşiblər. Parisdə bu addımın həmin ölkədəki Fransa vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə atıldığını desələr də səbəbin başqa olduğu gizli deyil. Fransa hərbçiləri artıq Abidcanın küçələrində zirehli maşınlarla patrul xidmətini həyata keçirməyə başlayıblar.
Bu arada Fil Dişi Sahilinin seçilmiş prezidenti Alassan Uattarın tərəfdarları keçmiş prezident Qbaqbonun qarşısında şərt qoyublar, ya könüllü şəkildə hakimiyyətdən getsin, ya da onun sığındığı Abidcan şəhərini ələ keçirəcək və özünü isə beynəlxalq məhkəməyə verəcəklər. Görünür, Fransa da adətinə uyğun olaraq "köhnə dostu" Qbaqbonu müdafiə etmək üçün buradadır.
Məlumat üçün bildirək ki, müxalifət lideri Alassan Uattar keçmiş prezident Qbaqbo arasında gedən çəkişmə ötən ilin noyabr ayından başlayıb. Prezident seçkiləri kampaniyasından başlanan qarşıdurma özünün pik nöqtəsinə hərbi münaqişə ilə çatıb. 10 il hakimiyyətdə olan Qbaqbo seçkilərin nəticələrini tanımaqdan imtina etmişdi və hakimiyyətdən getməyəcəyini demişdi. Yeni seçilmiş prezident isə haqqını tələb etmək üçün silaha sarılıb, artıq ölkənin paytaxtını ələ keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB