Çinin Uhan şəhərindən təxliyə edilmiş Belçika vətəndaşında koronavirus aşkarlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın səhiyyə naziri evakuasiya olunan 9 nəfərdən birində koronavirus aşkarlandığını bildirib. Digər 8 nəfər isə yoxlamadan keçib, lakin onlarda koronavirus aşkar olunmayıb.
Digər koronavirusa yoluxma faktı isə Malaziyada qeydə alınıb. Malayziya mətbuatında yer alan məlumatlara görə, 41 yaşlı bir kişi yüksək hərarət və boğaz ağrısı şikayətiylə həkimə müraciət edib. Xəstəxanaya yerləşdirilən şəxsə koronavirus diaqnozu qoyub.
Qeyd edək ki, xəstənin 16-23 yanvar tarixlərində Sinqapura ziyarət etdiyi və səfəri zamanı Çin iş adamları ilə görüşdüyü açıqlanıb. Hadisə ilə əlaqədar danışan səhiyyə naziri xəstənin hazırda müalicəsinin karantində davam edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB