Fəxrəddin Altun: “Fələstin məsələsi bir fürsətdir" - AÇIQLAMA

Fəxrəddin Altun: “Fələstin məsələsi bir fürsətdir" - AÇIQLAMA

"Avropa və Avropa İttifaqının diplomatiya yönümlü gündəliyini ciddi şəkildə gündəmə gətirməsinin vaxtı çatıb". SİA-nın məlumatına görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Fələstin-İsrail məsələsini şərh edərkən deyib.

O, bildirib ki, indi Yaxın Şərqlə bağlı daha sağlam bir siyasət hazırlamalı və Fələstin-İsrail məsələsini bu baxımdan müzakirə etməlidirlər: "Belə ki, Tramp və Netanyahunun bu planı qlobal diplomatiyanın bütün elementlərini aradan qaldırmaqla yanaşı Aİ və Avropa ölkələrinin də sahəsini daraltmaqdadır. Fələstin məsələsi onlar üçün bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün bir fürsətdir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə