Ölkəmizin səhiyyə sistemi koronavirusla mübarizə aparmağa tam hazırdır - Estoniyalı nazir

Ölkəmizin səhiyyə sistemi koronavirusla mübarizə aparmağa tam hazırdır - Estoniyalı nazir

Estoniyanın Sosial İşlər naziri Tanel Kiyk ölkəsinin səhiyyə sisteminin koronavirusla mübarizə aparmağa tam hazır olduğunu söyləyib.

SİA xəbər verir ki, ölkənin səhiyyə departamenti virusun Estoniyaya çatacağı təqdirdə, ölkədəki bütün tibbi və səlahiyyətli dövlət qurumlarının davranışları barədə onlara təlimatlar göndərib. Sosial İşlər Nazirliyi və Səhiyyə Departamenti Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi ilə birgə dünyada koronavirusun yanılmasına nəzarət edir.

"Səhiyyə İdarəsindən verilən məlumata əsasən, Estoniyanın bu virusa yoluxma təhlükəsi var, lakin tibbi və digər səlahiyyətli dövlət qurumları virusun yayılmasına nəzarət etməyə hazırdır", – sosial işlər naziri Tanel Kiyk belə söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə