Çinin Hubei əyalətində koronavirusdan ölənlərin sayı 414 nəfərə çatıb

Çinin Hubei əyalətində koronavirusdan ölənlərin sayı 414 nəfərə çatıb

Çinin Hubei əyalətində koronavirusdan ölənlərin sayı 414 nəfərə, bu xəstəliyə yoluxanların sayı isə 13 522-yə çatıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, fevralın 3-də yerli hökumət bu virusdan 64 nəfərin öldüyünü, 2345 nəfərin isə yoluxduğunu açıqlayıb.

Xəstəliyin meydana gəldiyi Uhan şəhərində 1242 yeni yoluxma hadisəsi qeydə alınıb.

Fevralın 4-ü, saat 00:00-a olan məlumata görə, 396 Hubey sakininin koronavirusdan sağaldığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə