Keniyada ibtidai məktəbin 4-cü mərtəbəsi çökməsi nəticəsində 13 şagird ölüb

Keniyada ibtidai məktəbin 4-cü mərtəbəsi çökməsi nəticəsində 13 şagird ölüb

Keniyanın qərbində Kakameqa yaşayış məntəqəsində yerləşən ibtidai məktəbin 4-cü mərtəbəsi çöküb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Daily Nation” qəzeti məlumat dərc edib.

Hadisə nəticəsində 13 şagird ölüb, 39-u yaralanıb.

Yerli polis rəisi Peris Kimaninin sözlərinə görə, 20 şagirdə xəstəxanada tibbi yardım göstərilib və sərbəst buraxılıblar.

İlkin məlumatlara görə, dərsin bitməsi ilə bağlı çalınan zəngdən sonra uşaqların kütləvi çıxışa qaçmaları döşəmənin şökməsinə səbəb olub.

Şagirdlərdən bəziləri dördüncü mərtəbədən yıxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə