Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrə görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”.
Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB