İdlibdə patrullar ləğv olundumu?

İdlibdə patrullar ləğv olundumu?

Mediya İdlibdə Rusiya-Türkiyə patrullarının ləğv olunduğunu yayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Sabah qəzeti məlumat yayıb.

Məlumata görə, bazar ertəsi Suriyanın Ayn əl-Ərəb bölgəsində planlaşdırılan ortaq bir Rusiya-Türkiyə patrulu, Suriya hökumət qüvvələrinin İdlibdəki Türk ordusunu atəşinə tutması səbəbiylə ləğv edilib.

Xatırladırıq ki, bir az əvvəl Türkiyə Müdafiə Nazirliyi, Suriya hökumət ordusunun İdlibdə atdığı atəş nəticəsində 6 türk əsgərinin öldüyünü bildirmişdi. Türkiyə Prezidenti Tayyib Ərdoğan ölkəsinin bu hücumları cavabsız qoymayacağını söyləyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə