Qəzada 10 nəfərdən çoxu yaralanıb

Qəzada 10 nəfərdən çoxu yaralanıb

İsveçrədə qatar stansiyasında baş verən qəza nəticəsində 10 nəfərdən çox insan yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə RTS yayım şirkəti məlumat yayıb.

Məlumata görə, Sürixdən İsveçrənin başqa bir şəhərinə, Lusernə gedən qatar vaxtında saxlanıla bilmədiyinə görə maneəyə çırpılıb. Hadisə nəticəsində on iki nəfər yaralanıb.

Qeyd edilir ki, zərərçəkənlər üçün altı təcili yardım maşını gəlib. Yaralıların hamısı xəstəxanalara aparılıb. Qatarın sürücüsü xəsarət almayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə