Şengen bölgəsində viza qaydaları dəyişib- Hansı dəyişikliklər qüvvəyə minir?

Avropa Birliyi qısa müddətlik Şengen viza qaydalarını dəyişdirib. Avropa Birliyinin 22 ölkəsində qüvvəyə minən yeni qanun çərçivəsində, viza rüsumları artırılıb, viza müraciət müddəti uzadılıb və müsbət viza tarixi olan müntəzəm sərnişinlərə tədricən 1 ildən 5 ilədək Avropaya giriş vizaları verilib. Bundan əlavə, ərizə formasını elektron şəkildə doldurmaq mümkün olacaq. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Avropa Komissiyasının verdiyi yazılı açıqlamada turizmin və iqtisadiyyatın canlanmasının vacibliyi vurğulayıb: "Turizm və Avropa iqtisadiyyatı bizim üçün vacibdir. Avropa Birliyi ölkələri dünyanın ən çox ziyarət edilən ölkələr sırasındadır. Son 9 ildə viza tələblərində çox böyük bir artım olmuşdur. Miqrasiya və təhlükəsizlik narahatlıqlarını aradan qaldıraraq viza prosesini asanlaşdırmağı hədəfləyirik".

Qayda dəyişiklikləri, dünyanın bütün ölkələrinin Avropa Birliyinə getmək istəyən vətəndaşlarını maraqlandırır. 105 ölkənin vətəndaşları Avropa Birliyinə getmək üçün viza tələb etməlidirlər.

Dəyişikliklərə nələr daxildir?

1. Həm Avropa Parlamenti, həm də Avropa Birliyi Şurası tərəfindən 2019-cu ilin iyununda qəbul edilən yeni qanunla qısamüddətli Şengen viza haqları 60 avrodan 80 Avroya qədər artırılıb.

2. Şengen viza müraciətləri 6 aya qədər və səyahətdən ən gec 15 gün əvvəl edilə bilər. Bu dövr əvvəl 3 ay idi. Bununla Avropa Komissiyası turistlərin və iş adamlarının səyahətlərini daha yaxşı planlaşdıra biləcəklərini ifadə edib.

3. Ərizə formasını elektron şəkildə doldurmaq və imzalamaq imkanı təmin ediləcəkdir.

4. Pozitiv viza tarixi olan müntəzəm sərnişinlərə tədricən artan 1 ilə 5 il arasında birdən çox giriş vizası verilməsi asanlaşdırılacaqdır. Beləliklə, turistlər, iş adamları pul və vaxta qənaət edə biləcəklər və tez-tez viza tələb etmək məcburiyyətində qalmayacaqlar.

5. Əvvəllər olduğu kimi, viza müraciətləri maksimum 15 gün ərzində cavablandırılacaqdır. Daha çox araşdırma tələb edən bəzi xüsusi hallarda bu müddət 45 günə qədər olacaqdır.
Xatırladaq ki, Şengen bölgəsi 22 Avropa Birliyi ölkəsini əhatə edir. Şengen bölgəsindəki digər 4 ölkə (İslandiya, Lixtenşteyn, Norveç və İsveç) xüsusi razılaşmalarla buna əlavə olunur. Beləliklə, Şengen bölgəsindəki 26 ölkə viza tələb edir.


Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə