Türkiyənin Van şəhərinə şəxsi avtomobili ilə gələn çinli turist polis əməkdaşları tərəfindən saxlanılıb və bölgəyə tibb işçiləri cəlb olunub. Tibbi ekspertlərin apardığı yoxlamalar nəticəsində Çin vətəndaşında koronavirus olmadığı müəyyən edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son 24 saat ərzində başda Çin olmaqla dünyada yoluxucu xəstəlikdən ölənlərin sayı 57 nəfərə çatıb.
Qeyd edək, Taylandda koronavirus diaqnozu qoyulmuş bir xəstəni HİV və qrip peyvəndlərini birləşdirərək müalicə ediblər.
Qrip və yuxarı tənəffüs yollarının xəstəlikləri ilə oxşar simptomlar göstərən koronavirusun ilkin göstəriciləri aşağıdakıkardır:
- İştahsızlıq və çəkidə azalma
- Yüksək hərarət
- Halsızlıq
- Qarın bölgəsində şişkinlik
- Görmədə problemlər, gözlərin sulanması və rəng dəyişdirməsi
- Tənəffüs problemləri və qrip
- Başgicəllənmə
- Ümumi psixoloji vəziyyətdə dəyişiklik
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB