Çin Milli Səhiyyə Komissiyasının yazılı açıqlamasına görə, ölkənin Uhan şəhərində ortaya çıxan və sürətlə yayılan epidemiya nəticəsində həlak olanların sayı 361 nəfərə çatıb. Virusa yoluxan 17205 nəfərdən 2296-sının vəziyyətinin ağır olduğu bildirilib.
Çinin Xarici İşlər Nazirliyi də virusla bağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, bəzi ölkələr, xüsusən də ABŞ sözügedən xəstəliklə bağlı şişirdilmiş reaksiyalar göstərdi. Amerika bizə kömək etmədi və insanlar arasında daim təlaşa səbəb oldu. Ümid edirik ki, bundan sonra ölkələr sakit və elmi əsaslı reaksiyalar verərlər. İnsanların təhlükəsizliyini təmin etmək əsas prioritetimizdir.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB