İdlibdə 4 türk əsgəri şəhid olub

İdlibdə 4 türk əsgəri şəhid olub

Bəşər Əsədə sadiq ordunun intensiv artilleriya atəşi nəticəsində İdlibdə Türkiyənin 4 əsgəri şəhid olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumata yayıb.

Nazirlik hücumun qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü və hədəflərin məhv edildiyi bəyan edib, Eyni zamanda şəhidlərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və türk xalqına başsağlığı verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə