Uxan şəhərindən Yaponiya vətəndaşlarının növbəti təxliyəsi gələn həftə həyata keçiriləcək
Yaponiya Xarici İşlər Nazirliyi Uxan şəhərindən Yaponiya vətəndaşlarının növbəti təxliyəsini gələn həftə həyata keçirməyi planlaşdırır.
SİA xəbər verir ki, bu barədə nazirliyin fevralın 2-də yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, Çinin Xubey əyalətindən Yaponiya vətəndaşlarının təxliyəsi üçün növbəti çarter reysi gələn həftənin ikinci yarısında həyata keçiriləcək.
Xatırladaq ki, Yaponiya hökuməti yeni koronavirusun yayıldığı Çinin Uxan şəhərindən ötən həftə 565 Yaponiya vətəndaşının təxliyəsini təmin edib.
Yaponiya XİN-nin nümayəndələrinin bildirdiyinə görə, hazırda Çində olan daha 140 Yaponiya vətəndaşı geriyə dönmək istədiyini bildirib. Qeyd edilir ki, Çin hökumətinin nümayəndələri ilə təxliyə işlərinin təşkili barədə aparılan danışıqlarda müəyyən çətinliklər var. Buna səbəb kimi həmin şəxslərin ya Çin vətəndaşları ilə ailəli olması, ya da daha uzaq məsafədə yaşaması göstərilir.
Vüqar Ağayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB