Yaponiya özünümüdafiə qüvvələrinin esminesi Yaxın Şərqə yola düşüb

Yaponiya özünümüdafiə qüvvələrinin esminesi Yaxın Şərqə yola düşüb

Yaponiya özünümüdafiə qüvvələrinin esminesi informasiya toplamaq məqsədilə Yaxın Şərqə yola düşüb.

SİA xəbər verir ki, fevralın 2-də səhər saatlarında Baş Nazir Şinzo Abe özünümüdafiə qüvvələrinin Yokosuka şəhərində yerləşən bazasından “Takanami” esminesinin yola salınma mərasimində iştirak edib.

Baş Nazir bildirib ki, bu missiyanın yapon xalqının həyatı və firavan yaşayışı üçün böyük əhəmiyyəti var. Belə ki, Yaponiyanın istifadə etdiyi xam neftin 90 faizi məhz Ərəbistan dənizi və Oman körfəzi vasitəsilə çatdırılır.

Məlumat üçün bildirək ki, “Takanami” esminesinin göyərtəsində 200 heyət üzvü və iki helikopter var.

Plana əsasən, onun Yaxın Şərq regionuna cari ayın sonlarında çatacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə