Tanzaniyada kilsədə izdiham: - 20 ölü

Tanzaniyada kilsədə izdiham: - 20 ölü

Tanzaniyada kilsələrin birində izdihamda ən azı 20 nəfər həlak olub. SİA-nın məlumatına görə, bu barədə "Frans Press" agentliyi bildirib.

Məlumata əsasən, hadisə kilsə xidməti zamanı baş verib. Xidmət yanvarın 2-si Moşi şəhərində yerləşən evangelist xristian kilsəsində keçirilib. Şəhərin dairə komissarı Kippi Variobiya bildirib: "Hal-hazırda 20 nəfər həlak olub, ancaq yaralılar olduğu üçün ölənlərin sayı arta bilər". İzdiham Tanzaniyada məşhur pastor Bonifasiy Mvamposanın xütbəsi zamanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə