Tanzaniyada 21 nəfər sel sularının yaratdığı daşqınların qurbanı olub

Tanzaniyada 21 nəfər sel sularının yaratdığı daşqınların qurbanı olub

Tanzaniyanın cənub-şərqində yerləşən Lindi bölgəsinin 21 sakini sel sularının yaratdığı daşqınların qurbanı olub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli telekanallardan biri məlumat yayıb.

Bundan əlavə, Kilva şəhərində daşqından ziyan çəkən 500 nəfərin olduğu bildirilir. Hələ də onları təxliyə etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə