Xəstə koronovirusdan necə müalicə olundu?

Xəstə koronovirusdan necə müalicə olundu?

Çində koronavirusdan xilas olan xəstə özünün necə müalicə olunduğunu izah edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çində, yeni növ koronavirusdan yaxa qurtara bilən, sağalan bir xəstə, xəstəliklə necə mübarizə etdiyini izah edib və sadə bir profilaktik məsləhət verib.

44 yaşlı Çinli bir qadının Uhandan qayıtdıqdan dərhal sonra Çunsin əyalətinin Uşan ictimai xəstəxanasına çatdırıldığı məlum olub. Altı gün sonra xəstəyə, yeni bir növ koronavirusun səbəb olduğu sətəlcəm diaqnozu qoyularaq mərkəzi xəstəxanaya göndərilib.

Xəstəni müalicə etmək üçün antiviral və infeksiya əleyhinə dərmanlar, eləcə də ənənəvi Çin dərmanı istifadə edilib. Son günlər onun vəziyyəti yaxşılaşıb, qadın xəstəxanadan buraxılıb.

Xəstəlikdən qurtulan Çin sakini ona qoruyucu tədbirlərə laqeyd yanaşmamaq, tibbi maska taxmaq, əlləri yumaq, həmçinin xəstəliyin ilk əlamətlərində xəstəxanaya getmək məsləhət görüldüyünü bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə