Ukrayna Müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmagilov sosial media hesabında yazaraq bildirib ki, Kiyev İslam Mərkəzi məscidinin qarşısında ötən gün 40-a yaxın polis əməkdaşı cümə namazı üçün məscidə gələn insanları yoxlayıb və pasportu olmayan 25 nəfəri saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kiyev polisi isə tutulanların sayının 15 olduğunu açıqlayıb.
"Mən Rusiya dövlətini məscidlərə basqın etdiyinə görə tənqid edirdim, bu gün Kiyevdə də eynisi yaşandı", deyə Müfti S. İsmagilov hadisəyə münasibətini bildirib.
Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, dünən Kiyevin Şevçenko rayonunda polislər tərəfindən aparılan yoxlamalar zamanı 15 xarici vətəndaşla bağlı müxtəlif qanun pozuntuları aşkarlanıb və onlardan 12-si ölkədən çıxarılıb.
Tutulan 15 nəfərin Rusiya, Mərakeş, Azərbaycan, Tunis, Yəmən, Misir, Suriya, Özbəkistan və Liviya vətəndaşları olduğu bildirilib.
Ukrayna Dövlət Miqrasiya İdarəsi isə açıqlamasında Ukrayna qanunlarını yerinə yetirərkən dini və etnik azlıqlara hörmətlə yanaşdıqlarını vurğulayıb.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB