Huawei Çin smartfon bazarının liderinə çevrilib

Huawei Çin smartfon bazarının liderinə çevrilib

İngilis araşdırmalar institutu Canalys Çin smartfon bazarından yeni bir hesabat yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda bildirilir ki, Huawei-in Çin smartfon bazarında 38.5% bazar payı ilə 2019-cu ildə liderlik edib.

Huawei-dən sonra ilk beş marka 17,8% ilə OPPO, 17.0% ilə Vivo, 10.5% ilə Xiaomi və 7.5% ilə Apple-dır.

Həmçinin 2019-cu il ərzində Çində 369 milyon smartfonun satıldığı bildirilir. Eyni zamanda Huawei-in 2018-ci ildə 104,8 milyondan 2019-cu ildə 142 milyona yüksəldildiyi deyilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə