İngiltərəni bundan sonra nə gözləyir? TƏHLİL

İngiltərəni bundan sonra nə gözləyir? TƏHLİL

Böyük Britaniya rəsmi olaraq Avropa Birliyini tərk etdi. Maraqlıdır, indi bu ölkənin gözləntiləri nədir və nə planlaşdırılır, kimi bir sual dünya ictimaiyyətini düşündürür. Düşündürən suallardan biri də odur ki, hansı razılıqlar ola bilər? Ümumiyyətlə, Böyük Britaniyanın Avropa Birliyini rəsmi şəkildə tərk etməsi digər dövlətlərin, hətta ayrı- ayrı vətəndaşların belə diqqət mərkəzindədir və hadisələrin gedişi maraqla izlənilir.

Siyasətçilərin fikrincə indi, bu ilin sonuna qədər ölkə bir keçid dövrü keçəcək. Qeyd olunur ki, İngiltərə ilə Avropa Birliyi münasibətlərinin necə qurulacağına dair razılığa bu müddət ərzində gələcəklər.Mütəxəssislər bu müddətdə çox sayda problem yarana biləcəyini və AB-yə qayıdan tərəfdarların sayının da artacağını istisna etmirlər.
"Çox çətin danışıqlar gözlənilir. Ticarət sazişinin nəecə olacağı, rüsumların, balıq ovunun, vizaların necə tənzimlənəcəyi də bəlli deyil. Bir sözlə, bir il içində həll edilməməsi mümkün olmayan bir sıra problemlər də var", deyə Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun sosial və siyasi tədqiqatlar şöbəsinin müdiri Vladimir Şveyser bəyan edib.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə hesab edir ki, Avropa Birliyi Böyük Britaniya üçün keçid dövrünü yayın ortalarına qədər uzatmaq məcburiyyətində qalacaq. Bundan əlavə, mütəxəssislər eyni zamanda hesab edirlər ki, Böyük Britaniya sakinləri Avropa Birliyini tərk etməyin nəticələrini dərhal hiss etməyəcəklər. Həmin mütəxəssislərin fikrincə, keçid dövründə dövlətin ərazi bütövlüyü problemi də kəskinləşəcək. Onlar düşünürlər ki, eyni ərazini bölüşən, hələ də müstəqillik arzusunda olan xalqlar bu vəziyyəti öz məqsədlərinə çatmaqları üçün münbit şərait kimi qiymətləndirəcəklər. Belə olan halda isə həmin xalqlar arasında narazılıqlar, müxtəlif iddialar yenidən baş qadıracağına görünür, onlar çox əmindirlər.
Bir sözlə, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonrakı hadisələr barədə politoloqların, mütəxəssislərin gözləntiləri böyükdür. Onlar hesab edirlər ki, həmin ölkənin sakinləri olacaqların fərqində belə deyillər və çoxlu sayda sürprizlərlə qarşılaşacaqları təkzibedilməzdir. Siyasətçilər qeyd edirlər ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi müstəqillik referendumu kvəeçirməkdə israr etməyə davam edən Şotlandiya üçün əvəzedilməz bir şans hesab olunur. Qeyd olunur ki, mövcud şəraitdə məhz bu arzunun gerçəkləşməsi üçün onların səyləri də güclənəcək.
Digər tərəfdən, belə bir sual da ortaya çıxır ki, görəsən, xarici işçi qüvvəsi məsələsi nə yerdə qalacaq? Yaxud, Avropa Birliyini tərk edən bu ölkə, xarici işçi qüvvəsi olmadan nə etmək niyyətindədir və bu məsələni necə həll edəcək? Çünki, heç kim üçün sirr deyil ki, Avropa Birliyindən gələn əmək miqrantları olmadan Böyük Britaniyanın iqtisadiyyatı sual altında qalır. İndi onların sayını necə tənzimləmək mümkün olacaq? Hansı vergiləri ödəməlidirlər? Təbii ki, Edinburqun ayrılmaq arzusu güclənəcək", deyə Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun Britaniya Tədqiqatlar Mərkəzinin baş elmi əməkdaşı Kira Qodovanyuk bildirib.
Doğrudur, Avropa Birliyi ilə ayrılmadan əvvəl, Boris Johnson, Birləşmiş Krallığın gələcək inkişafı barədə və prioritetlər haqda açıqlama verib. Amma görünür, Johnson ya gəzlənilənlərin fərqində olmayıb, ya da bunu sadəcə gizlədib və dilə gətirməyib. Hər bir halda bu vəziyyət Böyük Britaniyanın özünə aiddi və cavabdehlik də onların öz üzərindədir. Sadəcə, bir məsələ diqqəti cəlb edir ki, ən yaxın zamanda Avropanın mərkəzində gözlənilən çaxnaşmaları, müstəqillik istəyi, arzusu ilə baş verəcək qarşıdurmaları barədə bu qədər səriştəli siyasətçi niyə hesaba almır?
Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi əslində bir çox ölkələr üçün də presedent ola bilər. Ən azından, bu və ya digər mənada bundan nümunə götürəcəklər. Hadisələrin gedişini proqnoz etmək çətindir, lakin politoloqlar, bu sahədə ixtisaslaşmış mütəxəssislər Böyük Britaniyanın ən azından bu ilin sonuna qədər bir keçid dövrü keçəcəyinə əmindirlər və bu müddətdə çox sayda problem yarana biləcəyini düşünürlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə