Terrorçuların qazdığı tunellər aşkarlanıb

Terrorçuların qazdığı tunellər aşkarlanıb

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu "Sülh çeşməsi" hərəkatı çərçivəsində Tel Abyad şəhərini terrorçulardan təmizləyib. Hazırda Türkiyə ordusu PKK/YPG terror təşkilatının açdığı tunelləri bir-bir dağıdır.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda işlər davam edir və əsgərlər həmin tunelləri bir-bir aşkara çıxarırlar. Terrorçuların qazdığı bu tunellər yararsız hala salınır.
Qeyd edək ki, aparılan əməliyyatın görüntüləri Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən sosial şəbəkədə yayımlanıb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə