Çilidə olan etirazlar nəticəsində tutulanların sayı 124 nəfərə çatıb. SİA xarici mətbuat səhifələrinə istinadən xəbər verir ki, bunu yerli polis rəisi Enrike Bassaletti mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, çərşənbə günü Çilinin paytaxtında baş verən etirazlar nəticəsində ən az 46 polis yaralanıb, həbs olunanların sayı isə 124-ə çatıb.
Daha əvvəl bir ölü, 41 nəfər nəzarətə götürülən şəxs haqqında məlumat verilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında 33 nəfərin xəsarət aldığı da bildirilir.
Xatırladırıq ki, iğtişaşlar və etirazlar çərşənbə axşamı günü, baş tutan matçdan sonra polis maşınının Çili futbol klubunun azarkeşinin üzərindən keçərək onun ölümünə səbəb olmasından sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB